Gündəm

Gədəbəydə ata oğlanlarını bıçaqladı – TƏFƏRRÜAT

Gədəbəydə ata oğlanlarını bıçaqladı – TƏFƏRRÜATbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gədəbəydə bıçaqlanma hadisəsi baş verib.

7Times.az apa.az-a istinadən xəbər verir ki, hadisə rayonun İvanovka kəndində qeydə alınıb.

2007-ci il təvəllüdlü Valeh Mustafayev və qardaşı 2006-cı il təvəllüdlü Taleh Mustafayev bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Onlara yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Məlumata görə qardaşlar ataları Yaşar Mustafayev tərəfindən bıçaqlanıb. Onların hər ikisi əlindən bıçaq xəsarətləri alıb.

Alınan son məlumata görə, kənd sakini 1985-ci il təvəllüdlü Yaşar Mustafayev sərxoş vəziyyətdə həyat yoldaşı, 1988-ci il təvəllüdlü İlhamə Mustafayeva ilə mübahisə edib.

Mübahisədən sonra sərxoş kişi həyat yoldaşını bıçaqlamaq istəyib. Bu zaman onları sakitləşdirmək istəyən yeniyetmə övladlarına bıçaq xəsarəti yetirib.

Faktla bağlı araşdırma aparılır.