Region

Gürcüstan DTX terror aktı və hökuməti devirmək üçün sui-qəsd hazırlamaq işini araşdırır

Gürcüstan DTX terror aktı və hökuməti devirmək üçün sui-qəsd hazırlamaq işini araşdırırbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti (DTX) terror aktı və hökuməti devirmək üçün sui-qəsd hazırlamaq işini araşdırır.

7Times.az xəbər verir ki, bu barədə Gürcüstan DTX məlumat yayıb.

“Dövlət Təhlükəsizliyi Xidməti Gürcüstanda cinayət əməllərinin hazırlanması, o cümlədən Gürcüstanın keçmiş məmurları və Ukraynanın keçmiş hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən təşkil edilmiş və maliyyələşdirilən “Gürcü arzusu” partiyasının fəxri sədri Bidzina İvanişvilinin qətlinin hazırlanması faktlarını araşdırır. Bu cinayət əməllərinin məqsədi ölkədə iğtişaşlar və hakimiyyətin zəifləməsi fonunda dövlət hakimiyyətinin dağıdıcı qüvvələr tərəfindən zorla devrilməsidir”, – deyə bəyanatında qeyd edilib.