Aktual

“Hacı, sizə söz verməyə səbirsizlənirəm” — Lalə Azərtaş Hacı Şahindən DANIŞDI

“Hacı, sizə söz verməyə səbirsizlənirəm” — Lalə Azərtaş Hacı Şahindən DANIŞDIbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hacı Şahinlinin ölüm xəbəri bizim hər birimizi sarsıdıb. Hal-hazırda onunla vida mərasiminə tələsirəm”.

Bu sözləri Demokrat.az-a açıqlamasında tanınmış aparıcı Lalə Azərtaş deyib.

“Hacı Şahin Həsənli bizim üçün böyük itkidir. Ən azından ona görə ki, o bizim dinimizi, ayələrimizi çox yaxşı bildiyi üçün sağlam düşüncə ilə insanları dinə səsləyirdi, fərqli üslubda səsləyirdi. Hacı Şahin neçə insanların hidayət olunmasında əvəzsiz rolu olan bir din xadimi idi. Hacının itkisi çox böyük itkidir və biz bir tədbirlərdə olanda həmişə ona bir söz demişəm ki, “Hacı, sizə söz verməyə səbirsizlənirəm. Çünki biz nə qədər danışsaq da, sizin bir kəlməniz bu ailələrə daha çox rahatləq verir. Sizin dilinizdən Allah kəlməsi, Allahın buyurduqları tam fərqli tərzdə səslənir və insanlar sizə ehtiyac duyurlar”. Mənim ona hədsiz hörmət və rəğbətim vardır. Məncə, o dünyadan rahat köçdü. Çünki ən azından həmişə ölümü haqq sayıb və ən böyük arzuları yerinə yetmiş hesab olunur. Düzdür, yarım qalmış ömür var. Ailəsinə, sevdiklərinə, onu sevənlərin hər birinə baş sağlığı verirəm. İçi özüm qarışıq səbr diləyirəm. Hacı Şahinlə Şuşamızda Gövhər Ağa məscidində dəfələrlə müsahibəm olub. Deyib ki, Lalə xanım, bilirsinizmi bu necə böyük xoşbəxtlikdir. Xoşbəxtliyi şükürlər olsun ki, yaşadı. Ən müqəddəs torpaqlarda cümə namazları, vəhdət namazları qıldı. Bir daha Hacının əziz xatirəsini böyük sevgiylə, hörmətlə anıram. Allahdan rəhmət diləyir, yaxınlarına başsağlığı arzulayıram”.