TSAXAL ordusunun aviahücumları nəticəsində HAMAS-ın “Xan Yunis” briqadasının komandiri Rafa Salame öldürülüb.
APA-nın məlumatına görə, bu barədə “Al-Arabiya” xəbər yayıb.
Hadisə zamanı Al-Mavasi rayonunda ümumilikdə 20 nəfər həlak olub, 90 nəfərdən çoxu isə yaralanıb. Hava reydinin məqsədi sözü gedən terror təşkilatının “Al-Qassam” hərbi qanadının rəhbəri Məhəmməd Deyfin zərərsizləşdirilməsi olub. Onun sonrakı taleyi barədə hər hansı informasya verilməyib.
İsrail tərəfi vaxtilə Rafaa Salamenin olduğu yer barədə məlumat verəcək şəxsə 200 min dollar mükafat vəd edib.
Qeyd edək ki, HAMAS açıqlama yayaraq, İsrail hökumətinin bu iddiasını təkzib edib.
Bildirilib ki, adları çəkilən hər iki şəxs həyatdadır və təşkilatın fəaliyyətində iştirak edir.
Follow @7timesaz