Manşet

İcra başçısı bu kəndin sakinlərinə müjdə verdi – VİDEO

Qubada icra başçısı Ziyəddin Əliyev Yenikənd nümayəndəliyində sakinlərlə görüş keçirib.

İcra başçısı bu kəndin sakinlərinə müjdə verdi – VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev bu gün rayonun ucqar Yenikənd nümayəndəliyində sakinlərlə görüş keçirib.

7times.az xəbər verir ki, o, ərazidə həyata keçiriləcək sosial lahiyələr barədə sakinlərə müjdə verib. Kənd sakinlərinin uzun illər əziyyət çəkdiyi yol və içməli su xətlərinin çəkilməsi, həmçinin elektrik xətlərinin yenilənməsi barədə yaxın günlərdə işlərin başlanması barədə onlara məlumat verilib.

İcra başçısı nümayəndəlik ərazisinə daxil olan kəndlərə qaz çəkilməsi üçün də yaxın günlərdə “Azəriqaz” İstehsalat Birliyinə müraciət olunacağını bildirib. Səyyar görüşdən lentə alınan görüntüləri sizə təqdim edirik: