Gündəm

İranda qız məktəblərinin bağlanması üçün şagirdləri qəsdən zəhərləyirlər

İranda qız məktəblərinin bağlanması üçün şagirdləri qəsdən zəhərləyirlərbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın Qum və Burucərd şəhərlərindəki məktəblərdə 650 qız şagird zəhərlənib. 

7Times.az xarici mediaya istinadən bildirir ki, şagirdlərin başgicəllənmə, yorğunluq kimi şikayətlərlə xəstəxanaya aparıldığı, heç bir can itkisinin olmadığı açıqlanıb.

Qızların məktəbə getməməsi üçün qəsdən zəhərləndiyi iddia edilir. Hadisə ilə bağlı danışan İranın səhiyyə naziri Bəhram Eynollahi iddiaları təsdiqləyib. O, “Görünür, bəziləri bütün məktəblərin, xüsusilə də qız məktəblərinin bağlanmasını istəyir”, – deyə bildirib.

Səhiyyə nazirinin müavini Yunus Pənahi də mövzu ilə bağlı açıqlama verib:

“Baş verən zəhərlənmə çox yüngül təsir edib, heç kimdə heç bir fəsad yaratmayıb. Yalnız yorğunluq əlamətləri görünüb. Zəhərdə istifadə olunan materiallar bazarda tapıla bilən məhsullardan ibarətdir. Zəhərlənmələr ölümcül deyil və çaxnaşma yaratmamalıdır”.

Xatırladaq ki, İran məktəblərində ilk kütləvi zəhərlənmələr 2022-ci ilin noyabrın 30-da Qumdakı Nur Texniki Liseyinin 18 şagirdinin xəstəxanaya yerləşdirilməsi ilə başlanıb. O vaxtdan bəri 10-dan çox qız məktəbində zəhərlənmə halları müşahidə olunub.