Manşet

İşdən qovularaq barəsində cinayət işi açılan məmur yenidən VƏZİFƏ BAŞINDA

O, Xaçmaz rayon Mənzil Kommunal Təsərrüfat birliyinin rəis müavini vəzifəsinə təyin edilib.

İşdən qovularaq barəsində cinayət işi açılan məmur yenidən VƏZİFƏ BAŞINDAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2 gün öncə Xaçmaz rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəis müavini vəzifəsinə təyin edilən Xaçmaz rayon sakini İlham Quliyev bu ilin iyun ayında Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev tərəfindən işdən qovulub.

7times.az xəbər verir ki, o Quba Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə orqanları üzrə iş şöbəsinin müdiri vəzifəsində çalışıb.

İşdən qovulmasının səbəbi isə DOST iş MMC tərəfindən aztəminatlı ailələr üçün ayrılan iş yerlərindən 2-sini öz tanışlarının adına sənədləşdirərək əmək haqqı kartlarını mənimsəməsi olub. Həmin kartlar Quba şəhər sakinləri Hacıyeva Kəmalə Nizami qızı və Xasməmmədov Turan Nizami oğlunun adına qeydiyyatdan keçib.

Məlum hadisədən sonra Quba rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyevin qəzəbinə tuş gələn İlham Quliyev işdən uzaqlaşdırılıb və aşkarlanan faktlar Rayon Prokurorluğuna təqdim edilib. Quba Rayon Prokurorluğunda İlham Quliyev barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.1 ci maddəsi ilə cinayət işi açılıb. Həmin cinayət işinin icraatı hazırda davam edir. Törətdiyi əməlin hüquqi cəzası məlum olmamış o 25 avqust 2020-ci il tarixində Xaçmaz rayon Mənzil Kommunal Təsərrüfat  Birliyinin rəis müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, İlham Quliyev Quba Rayon İcra Hakimiyyətinin Ərazi İdarəetmə Orqanları üzrə iş şöbəsinin müdiri vəzifəsinə təyin edilməmişdən qabaq 8 il Xaçmaz Rayon İcra Hakimiyyətində eyni vəzifədə çalışıb. O zaman İlham Quliyev keçmiş icra başçısı Şəmsəddin Xanbabayev tərəfindən işdən uzaqlaşdırılıb.

7times.az