Gündəm

Kahramanmaraşda zərər çəkənlərə humanitar yardımlar paylanılır – FOTO

Kahramanmaraşda zərər çəkənlərə humanitar yardımlar paylanılır – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Kahramanmaraş şəhərində baş vermiş zəlzələ ilə bağlı zərərçəkmişlərə humanitar yardımlar paylanılır.

Bizim.Media xəbər verir ki, hazırda yardımlar şəhərin Milli İradə Meydanında vətəndaşlara verilir.

TIR-lar vasitəsilə Meydana gətirilən isti geyimlər, yataq dəstləri, ayaqqabılar, corablar, uşaq paltarları və s. əşyalar zərərçəkmişlərə paylanılmaqda davam edir.

Eyni zamanda Milli İradə Meydanına səyyar mətbəxlər gətirilib. Burada insanlara isti yeməklər, isti içkilər verilir.

Qeyd edək ki, fevralın 6-da Türkiyədə baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədilə qardaş ölkəyə Azərbaycanda da xilasedicilər və həkimlərlə yanaşı humanitar yardımlar da göndərilib, o cümlədən Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, Fond tərəfindən qardaş ölkəyə humanitar yardım göndərilib.