Aktual

“Kravçuk ölümündən bir il öncə kimin Putini durdura biləcəyini söyləmişdi…”

“Kravçuk ölümündən bir il öncə kimin Putini durdura biləcəyini söyləmişdi…”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Biz onu ancaq konkret hərəkətlərlə dayandıra bilərik. Gücə qarşı güc tətbiq edilməlidir…”
Mayın 10-da Ukraynanın ilk prezidenti Leonid Kravçuk dünyasını dəyişib. Əfsanəvi siyasətçi uzun sürən xəstəlikdən sonra 88 yaşında vəfat edib.
Moderator.az Ukrayna mediasına istinadla xəbər verir ki, sabiq dövlət başçısı bir il öncə “Espresso” efirində sivil dünyanın, nəhayət, “Rusiyanın  təbiət və mahiyyətini dərk etdiyini” söyləyib.
“Onu, sadəcə, sözlərlə dayandıra bilməyəcəyik…”
“Artıq heç kim  kimisə razı salmaq fikrində deyil. Putinə deyiblər ki, o, sivil dünyada özünü lazım olduğundan fərqli aparır. Və o, öz yerində oturdulacaq. Mən buna tamamilə əminəm, çünki bu, Baydenin dönməz mövqeyidir. Bu mövqe indi Avropa ölkələrinin də qəti mövqeyidir. Budur, NATO-ya üzv olan 30 ölkə Ukraynanı dəstəkləyib – heç bir ölkə bəyanat verməkdən çəkinməyib”, – deyə Kravçuk bildirib.
Bundan əlavə, Ukrayanın birinci Prezidenti işğalçı ölkə olan Rusiya Federasiyasının və onun prezidenti Vladimir Putinin qarşısını kimin alacağını da bildirib:
“Ukraynada indiyədək olmayan birlik  olmalıdır… ABŞ… Güclü daxili mövqe olmalı və hər bir insanın hər hansı mümkün ssenariyə, müdafiəyə, orduya hazırlığı olmalıdır. Mən əminəm ki, biz Rusiyanın aqressiyaya başlaya biləcəyindən qorxa bilməyəcəyimizi  dərk edəcəyimiz qədər ayıq olacağıq.  Əgər Moskvada “qızmış” başlar olacaqsa, biz artıq, sadəcə sözlə onu dayandıra bilməyəcəyik. Biz onu ancaq konkret hərəkətlərlə dayandıra bilərik. Gücə qarşı güc tətbiq edilməlidir…”
Xatırladılır ki, 1991-1994-cü illərdə Ukrayna prezidenti olmuş Leonid Kravçukun ölüm xəbərinə dünya ictimaiyyəti tərəfindən reaksiyalar olub. Bununla əlaqədar Ukrayna rəsmiləri, eləcə də yüksək rütbəli siyasətçilər başsağlığı verib. Birinci Prezidentin ölümünü “böyük itki”, özünü isə “Sovet İttifaqını qəbirqazanı”  adlandırırlar…