Ölkə

MİQ imtahanları çətinləşdirilir? – Nazirdən CAVAB

MİQ imtahanları çətinləşdirilir? – Nazirdən CAVABbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müəllimlərin işə qəbulu üzrə müsabiqədə (MİQ) iştirak edən namizədlər sualların ildən-ilə çətinləşdirilməsindən şikayətlənirlər.

7Times.az MİQ imtahanlarında iştirak edən namizdələrin iddialarına elm və təhsil naziri Emin Əmrullayevdan münasibət bildirməsini istəyib.

Nazir bildirib ki, MİQ imtahanları ildən-ilə çətinləşdirilmir:

“Təbii ki, iki il eyni imtahanı təşkil etmək çətindir. Amma bunlar bir-birinə çox yaxın məqamlardır. İllər üzrə böyük fərqlərin olduğunu deməzdim. Biz imtahanların məzmununu addım-addım dəyişməyə doğru gedirik. Mənə görə misal üçün “2-ci Həmədan döyüşündən neçə il sonra şah İsmayıl taxta çıxdı” sualı tarix sualı deyil. Ən yaxşı halda illəri yadda saxlamısansa, bu, 4 rəqəmli ədəddən üçrəqəmli ədədi çıxmaq bacarığıdır. Suallar və metodologiya dəyişir. O insanlara yeni olduğu üçün çətin gələ bilər. Biz son illər hamıya bir variant verirərək, variantlararsı çətinlik məsələsini də aradan qaldırmışıq”.