Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) çərşənbə günü 18 üzvünün müdafiə xərclərinin 2024-cü ildə ÜDM-in 2%-i hədəfinə çatacağını və ya onu keçəcəyini elan edəcək.
“Report” xəbər verir ki, bu barədə “Financial Times” NATO-dakı mənbələrə istinadən məlumat yayıb.
“NATO müttəfiqlərinin təxminən üçdə ikisinin 2024-cü ildə 2%-lik hədəfə çatacağını gözləyir”, – mənbə bildirib.
2016-cı ildə yalnız beş alyans üzvü ÜDM-in 2%-dən çoxunu müdafiə ehtiyaclarına ayırıb. 2022-ci ilin sonunda belə ölkə 7 idisə, 2023-cü ildə bu rəqəm 11-ə çatıb.
Avropalı diplomatların nəşrə verdiyi məlumata görə, NATO ölkələrinin müdafiə xərclərinin artırılması Donald Trampın Ağ Evə qayıtmasının mümkün mənfi nəticələrini məhdudlaşdırmaq üçün nəzərdə tutulmuş strategiyanın elementlərindən biridir.