Gündəm.az-ın suallarını yazıçı, kulturoloq Aydın Xan Əbilov cavablandırıb.
Müsahibəni təqdim edirik.
– Bir müddət öncə demişdiniz ki, boşanan qadınlardan uşaqlar alınıb internat evlərinə verilsin. Buna görə sosial şəbəkədə ciddi tənqid olundunuz, hətta sizi təhqir edənlərə rast gəlindi. Bu açıqlamanızın məntiqini necə izah edərdiniz?
– “Space” telekanalındakı “El içində” verilişində mən uşaqlardan həyat yoldaşına qarşı istifadə edən, yəni aliment pulunu alıb şəxsi ehtiyacları üçün xərcləyən anaları nəzərdə tutmuşdum. Belə analar uşaqları nənə-babasının yanına qoyur, onların tərbiyəsilə məşğul olmurlar. Başqa sözlə ifadə etsək, gələcək üçün manyak, problemli insanlar yetişdirirlər. Dünyanın hər yerində dövlət konfliktli ailələrdən uşaqları alıb internat evlərinə verir. Dövlət internat evlərindəki uşaqları hərbi və digər güc strukturları üçün yetişdirə bilər. Amma təəssüf ki, sosial şəbəkələrdəki peyinbaşlar mənim bu mövqeyimə birtərəfli yanaşaraq ancaq qadınlarla bağlı dediklərimi qabardıblar. Əgər peyinbaşlar, qoyunbaşlar mənim dediklərimi anlamayıb təhqirə keçirlərsə, onlara cavab vermək istəmirəm. Onlar küt insanlardır.
– Niyə bizdə boşanmış qadınlara fərqli yanaşmalar var? Nə üçün bəzi kişilər boşanmış qadınlara “sahibsiz xanım”, “real intim partnyor” gözü ilə baxırlar?
– Bizdə hər zaman qadınlara böyük dəyər verilib. Son vaxtlar Avropadan ölkəmizə zərərli ideologiyalar gəlməkdədir. Onlar üçün cins məsələsi önəm kəsb etmir. Hətta indi üçüncü bir cinsi də kimlik sənədlərində göstərirlər. Boşanmış qadınlara “sahibsiz”, “real intim partnyor” gözü ilə baxanlar anlamalıdırlar ki, onların da ailəsində, nəslində dul qadınlar var, yaxud sabah onların da qızları boşana bilər. Biz hər gün boşanmış, məhəbbəti daşa dəymiş qadınların qətlə yetirilməsi, döyülməsi, intihar etməsinə dair xəbərlərlə qarşılaşırıq.
– Azərbaycandakı feminizm hərəkatı ilə Avropadakı feminizm hərəkatı arasında nə kimi fərqlər var?
– Azərbaycanda feminizm hərəkatı yeni deyil. Bizdə bu hərəkat Cəfər Cabbarlının “Sevil” əsəri ilə başlayıb. Sovet dövrünün sonrakı illərində bu hərəkat daha da genişləndi. Avropa feminizm hərəkatı əslində mavilərin və lezbiyanların hərəkatına cavab olaraq yarandı. Bu hərəkat sonradan qlobal, siyasi xarakter daşıdı. İndi bizdəki feministlər Avropadakı feministlərin şüarlarını “kopyalayıb” burada səsləndirirlər. Əlbəttə, bu kənardan çox eybəcər görünür.
– Bəzi müşahidəçilər bildirir ki, Azərbaycanda feminizm tərəfdarı olan qadınların əksəriyyətinin şəxsi həyatlarında ciddi problemlər var və onlar nümunə ola bilməzlər. Siz bu yanaşma ilə razısınızmı?
– İstənilən hərəkatda üzdə olan qəhrəmanların fərdi həyatları problemli olur. Onlar seksual, psixoloji, fiziki problemləri olur. Normal ailəsi, seksual həyatı olan qadınlar, demək olar ki, feminizmə qoşulmurlar. Avropada feministlər çox savadlı, siyasi cəhətdən yetkin insanların arasından çıxırlar. Bizdə isə 13-16-17 yaşlı qızlar feminizm hərəkatına qoşulurlar. Əslində onlar feminizmin nə olduğunu anlamırlar. Onların hansı dünya görüşləri var ki, başqalarına örnək olsunlar? Bizdə başqaları tərəfindən cinsi təcavüzə məruz qalmış qadınlar sonradan fəal feministə çevrilirlər. Mən istərdim ki, bizdə feminist xanımlar intellektual, sayılıb seçilən insanlar olsunlar.
– Azərbaycan cəmiyyəti seksual azadlığa nə dərəcədə hazırdır?
– Bizdə seksual azadlıq problemi yoxdur. Biz bu problemi çoxdan həll etmişik. Ailə dəyərlərinə zidd olan seksual inqilab həm də bir sıra problemlər yaratdı. Seksual azadlıq boşanmaların səbəblərindən biridir. Biz klassik ailə modelindən liberal ailə modelinə keçə bilməmişik.
– Niyə müasir dövrdə bakirəlik axtarışında olan oğlanlara geridəqalmış kimi yanaşırlar?
– Azərbaycan cəmiyyətində mühafizəkarlıq hər zaman güclü olub. Bu, milli-mənəvi dəyərlərimizin tərkib hissəsidir. Hər kəsin fikirlərinə hörmətlə yanaşmaq lazımdır. Amma bakirəlik məsələsində həssas olan kəsimə “çuşka” kimi baxmaq düzgün deyil. Elçilik, bakirəlik, yengə lazım deyil, düşüncəsində olan gənclər bizim mənəvi dəyərlərimiz üçün təhlükədir. Bu cür liberal düşüncəli gənclərin sayı bizdə çox azdır. Onlar mühafizəkarlara nisbətən fəal olsalar da belə, sayları, tərəfdarları azdır. Bu mənada yaxın gələcəkdə seksual azadlıq uğurunda mübarizə aparan gənclərin qələbə bayrağı qaldıracaqlarına inanmıram.
– Kişi xəyanəti ilə qadın xəyanəti arasında fərqlər varmı? Nə üçün kişilərin xəyanətinə cəmiyyət normal baxır, qadınları xəyanətinə isə yox?
– Xəyanətin cinsi olmur. Qarşılıqlı münasibətlərə kölgə salan əməllər ailə institutunun dağılmasına səbəb olur. Azərbaycan kultunda kişilərin xəyanətinə hər zaman bəraət olub. Tarixən şahlar, sultanlar, bəylər hərəmxana saxlayıblar. Bizdə çoxarvadlılıq təkcə İslamdan gəlmir, bu həm də kişinin gücünün, imkanlarının çoxluğundan xəbər verir. Bizdə qadın ərinə xəyanət edəndə ona ilk şilləni öz qardaşı, atası vurur. Bunlar reallıqdır. Bizdə qadın xəyanətinə bəraət yoxdur.
– Həddindən artıq açıq-saçıq filmlərə baxmağın insanlara hansı mənfi təsirləri var?
– Bu suala psixoloqlar, sekspotoloqlar daha yaxşı cavab verə bilər. Amma düşünürəm ki, asılılıq yaradan istənilən zərərli vərdişlər insan psixikasına mənfi təsir göstərir. Dünyanın inkişaf etmiş ölkələrində pornoqrafik, erotik filmlər çəkilir. Azərbaycanda pornoqrafik filmlərin istehsalı və yayımı qadağandır. Amma bilirsiniz ki, internetdə belə saytlara daxil olmaq sərbəstdir və bunun qarşısını almaq mümkün deyil. Bu filmlərə baxmaq olarmı? Bu filmlərə baxmaq əxlaqsızlıqdırmı? Bu filmlərə baxmaq həyat yoldaşına xəyanətdirmi? Bu suallara birmənalı cavab vermək mümkün deyil. Mən gənclərə məsləhət görərdim ki, bu cür saytlara daxil olmasınlar. Belə filmlər gənclərimizin psixoloji durumuna, seksual həyatına çox pis təsir göstərir
Follow @7timesaz