Qəbələdə ana və övladı dərmandan zəhərlənib.
APA xəbər verir ki, Qəbələ rayon Zarağan qəsəbə sakinləri – 1989-cu il təvəllüdlü Rzayeva Səfagül Ağaxan qızı və 2016-cı il təvəllüdlü qızı Rzazadə Nuray Sakit qızı dərmandan zəhərlənmə diaqnozu ilə rayon Mərkəzi xəstəxanasına yerləşdirilib, vəziyyətləri kafi qiymətləndirilir.
İlkin məlumata görə, onlar həşərata qarşı dərmandan zəhərləniblər.
Faktla bağlı araşdırma aparılır.