Ölkə

Qızılın qiyməti yenidən yüksəlişə keçib

Qızılın qiyməti yenidən yüksəlişə keçibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünya əmtəə bazarlarında qızılın qiyməti növbəti artım dalğası yaşayır. Bir troya unsiyası (təxminən 31,1 qram) qızılın gələcək aylara aid fyuçers müqavilələri xeyli bahalaşıb.

“7Times.az”ın məlumatına görə, Nyu-Yorkun COMEX birjasında qızılın 2026-cı ilin aprel teslimatlı fyuçerslərinin qiyməti 1,11% artaraq 5035 ABŞ dolları səviyyəsinə yüksəlib.

Gümüş də bu yüksəlişdən kənarda qalmayıb. Gümüşün bir unsiyası üzrə 2026-cı ilin mart fyuçersləri 5,85% dəyər qazanaraq 81,39 dollar olub.

Mütəxəssislər bu artımı qlobal iqtisadi risklərin artması, inflyasiya narahatlıqları və investorların “təhlükəsiz sığınacaq” axtarışına bağlayırlar.