Ölkə

Qubada bəzi küçələrə şəhidlərin adı veriləcək

Qubada bəzi küçələrə şəhidlərin adı veriləcəkbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Quba rayonu ərazisində bəzi yolların əsaslı təmiri, asfaltlanması işləri aparılır.

7times.az-ın verdiyi məlumata görə, Quba şəhərinin ən böyük yaşayış massivlərindən biri olan, “Aeroport ərazisi” adlanan, hazırda 32-33-cü məhəllənin küçələrinin yolları yenidən qurulur.

Yaşayış massivindəki küçələrin bəzilərinə Birinci Qarabağ müharibəsi şəhidlərinin və görkəmli şəxsiyyətlərin adları verilib. Hazırda adsız olan küçələrə Vətən müharibəsi şəhidlərinin adları verilərək, xatirələrinin əbədiləşdirilməsi nəzərdə tutulub. Artıq Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev görülən işlərlə yerində tanış olub, aidiyyati şəxslərə lazımı tapşırıq və tövsiyyələrini verib.

Qeyd edək ki, hazırda adı çəkilən yaşayış massivində 22 küçə mövcuddur və küçələrin ümumi uzunluğu 16 kilometrdən çoxdur.

Təxminən 40 ilə yaxındır ki, ərazidə əhalinin məskunlaşmasına başlanılıb. Burada minə yaxın yaşayış evi mövcuddur. Uzun illər ərazidə əhali yolların narahatlığı səbəbindən müəyyən problemlərlə rastlaşırdılar. Yaxın vaxtlarda ərazidəki bütün küçələrin asfaltlanması işlərinin başa çatdırılması nəzərdə tutulur.report