Qubada Vətən Müharibəsi şəhidinin doğum günündə adına bulaq istifadəyə verilib.
7times.az xəbər verir ki, bu gün şəhid Məhəmmədov Musa Bəhram oğlunun adına inşa edilən bulağın açılışı olub.
Açılış mərasimində rayon icra hakimiyyətinin rəsmiləri, şəhid ailələri, şəhidin doğmaları, Zərdabi qəsəbəsinin sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə şəhid Musa Məhəmmədovun qısa, lakin şərəfli həyat yolundan və onun Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlarından söz açılıb, ruhuna dualar oxunub.
Qeyd edək ki, Musa Məhəmmədov 18 iyun 2002-ci ildə Quba rayonunun Zərdabi qəsəbəsində doğulub.
O, oktyabrın 2-də Goranboy istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
Doğum günün mübarək, Şəhidim!
Məkanın cənnət olsun!
Müşfiq Qərib
Follow @7timesaz