Ölkə

“Qubadan Şamaxıya yol çəkilişi layihəsi dayandırılıb” – Saleh Məmmədov

“Qubadan Şamaxıya yol çəkilişi layihəsi dayandırılıb” – Saleh Məmmədovbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Quba və Şamaxı rayonları arasında avtomobil yolunun çəkilməsi nəzərdə tutulmayıb”.

7times.az xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov “2020-ci ildə yerinə yetirilmiş işlər və qarşıdan duran vəzifələr” mövzusunda brifinqdə deyib.

“Bu fikri nə vaxtsa ictimaiyyət səsləndirib, lakin relyef araşdırılmayıb. Müəyyən qurumlar var ki, dövlət onların inkişafına vəsait qoyur və iqtisadi yüksəliş əldə edir. Lakin bizim qurum elə deyil. Bölgələrə birbaşa yol çəkmək mümkün deyil. Gərək həmin bölgələr inkişaf etsin, o cümlədən turizm inkişaf eləsin və digər sahələrin hesabına əldə olunan gəlirlər bu ərazilər arasında yolun çəkilməsinə şərait yaratsın. Hələ ki, bu işlər dondurulub. Nə zaman iqtisadi cəhətdən mümkün olsa, o zaman da bu istiqamətdə işlər görüləcək”, – o qeyd edib.