Hazırda Qubanın dağ kəndlərinə qar yağır.
7times.az-ın məlumatına görə, qar əsasən rayonun Dalıqaya kəndində müşahidə edilir.
Kəndin biçənək sahəsinə yağan qar sakinlərin marağına səbəb olub. Bir yandan güllərlə əhatələnən sahəyə qarın yağması nadir hallarda müşahidə edilir.
Qeyd edək ki, Milli Hidrometeorologiya Xidməti mayın 5-dən 6-sı axşamadək Azərbaycanın rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv, əsasən şimal və qərb rayonlarında güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı barədə məlumat yaymışdı.
Follow @7timesaz