Maraqlı

Revamitizmin, böyrək daşının, çibanın dərmanı – LOBYA

Revamitizmin, böyrək daşının, çibanın dərmanı – LOBYAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lobyanın 200-ə qədər növü var. Hal-haZirda dünyanın bir sıra ölkələrində, o cümlədən Hindistanda, Braziliyada, Meksikada, ABŞ-da, Ruminiyada, Balkan ölkələrində, Portuqaliyada, İtaliyada, Fransada, Kolumbiyada, Ukraynada, Özbəkistanda, Gürcüstanda, eləcə də əksər vilayətlərdə lobyanın 20-yə qədər növü mədəni halda geniş surətdə əkilib-becərilir. Azərbaycanda da lobya cinsinin bir neçə növü becərilir.

Lobyanın müalicəvi xüsusiyyətləri XVI əsrdə Şərq xalqlarına məlum olmuşdur. Şərq xalqları lobyadan orqanizmin təmizlənməsində, daşların əridilməsində, potensiyanın aradan qaldırılmasında istifadə edirlər. İbn Sina bitkinin ağciyər xəstəliklərində istifadə olunmasını məsləhət görürdü. Bitkinin toxumlarının tərkibindən 18-32%-ə qədər zülal maddələri, nişasta, 1-3,6% piyli yağ və s. aşkar edilmişdir. Bundan başqa toxumlarında 20%-ə qədər kristal halında qlobulin-fazeolin, proteaza, xolesterin, suda həll olan saxaridər, dekstrin, flavonoid maddələri, limon turşusu, pentozanlar, makro və mikroelementlər, karotin B, 157,2 mq% C vitamini var. Lobyanın zülalları heyvani zülallara çox yaxındır.

Müalicə məqsədləri üçün bitkinin toxumlarından, qın və qabıqlarından hazırlanan fazeolin adlı ekstraktdan diabet xəstəliyində, qanda şəkərin miqdarını azaldan, sidikqovucu, mikrob və skleroz və s. xəstələrin müqavimətini artırmaq məqsədləri üçün istifadə edilir. Eyni məqsədlə meyvələrin sulu bişirilməsindən də istifadə edilir. Lobya həmçinin qastiritdə (turşuluq az olan zaman), aterosklerozda, ürək ritminin pozğunluqlarında, məsləhət görülür. Paxlasından hazırlanmış bişirmə və dəmləmə  revmatizmdə, duzların mübadiləsi pozulduqda, hipertoniyada müalicəvi təsir göstərir;  Bir xörək qaşığı paxlanın doğranmış qınından götürüb bir stəkan qaynar suya töküb, zəif od üzərində 5-7 dəqiqə qaynadın, soyuduqdan sonra süzün. Gündə 4 dəfə stəkanın 1/4 hissəsi qədər yeməyə az qalmış qəbul edin.

Şəkərli diabetdə; Doğranmış qını qaragilə yarpağı ilə qarışdıb, bir xörək qaşığı bir stəkan qaynar suya töküb dəmləyin. Gündə 1 dəfə için.

Ürək xəstəliklərində, şişlər, hipertoniyayə ateroskleroz zamanı; 1 xörək qaşığı doğranmış qından götürüb 10 dəqiqə qaynar suda saxladıqdan sonra süzün. Gündə 3 dəfə yeməkdən qabaq stəkanın 1/2 hissəsi qədər qəbul edin.

Böyrək soyuq dəymələrində, revmatizm və podaqra zamanı; 1 xörək qaşığı doğranmış paxladan götürüb 1 stəkan qaynar suya töküb, su hamamında yanm saat saxladıqdan sonra soyudun və süzüb gündə 3-4 dəfə 2 xörək qaşığı yeməkdən qabaq qəbul edin.

Böyrək xəstəliyi və bədən boşluğuna su yığılması zamanı; 1 xörək qaşığı doğranmış paxla, yarpaq, gövdə və qınından götürüb 1 stəkan qaynar suya töküb, 5 dəqiqə zəif od üzərində saxlayıb süzün. Sonra gündə 2-3 dəfə yeməyə 30 dəqiqə qalmış stəkanın 1/4 hissəsi qədər qəbul edin.

Öd kisəsi və böyrək daşlarının müalicəsində; 1 xörək qaşığı çiçəkdən götürüb 1 stəkan qaynar suya töküb dəmləyin və süzdükdən sonra gündə 4 dəfə yeməyə 20 dəqiqə qalmış stəkanın 1/4 hissəsi qədər qəbul edin.

 İrinli çibanların müalicəsində; Paxlanın un şəkilinə salınmışından 1 çay qaşığı götürüb, üzərinə həmin miqdarda əlavə edib qarışdırın və çibanın üzərinə yaxın.

Saglamolun.Az