Manşet

Sarıbabada aşkarlanan minalarla bağlı sülhməramlılar və Türkiyə-Rusiya Monitorinq Mərkəzi məlumatlandırılıb

Sarıbabada aşkarlanan minalarla bağlı sülhməramlılar və Türkiyə-Rusiya Monitorinq Mərkəzi məlumatlandırılıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sarıbabada aşkarlanan minalarla bağlı Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının komandanlığı və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi məlumatlandırılıb.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, sülhməramlılar və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi mina sahəsinə baxış keçirilməsi üçün əraziyə dəvət olunublar.

Qeyd edək ki, noyabrın 21-də Sarıbaba yüksəkliyinin şimal istiqamətində qanunsuz erməni silahlı dəstələri tərəfindən basdırılmış piyada əleyhinə mina sahəsi aşkarlanıb. Minalar Ermənistanda istehsal edilib.