Xəbər verdiyimiz kimi, Arzu Sahib qızı Cavadova Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin edilib.
7Times.az xəbər verir ki, o bundan əvvəl SOCAR-ın Baş geoloqu təyin edilib.
Arzu Cavadova 1989-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasını “Geoloji-kəşfiyyat” ixtisası üzrə bitirərək, elmi araşdırmalarla məşğul olub, 1994-1995-ci illlərdə ABŞ-ın UNOCAL Təqdiqat Mərkəzində “Karbohidrogen sistemləri-analitik təhlil üsulları və geoloji kəşfiyyat”, 1995-1996-cı illərdə isə Mobil Tədqiqat Mərkəzində “Karbohidrogen sistemləri-axtarış və kəşfiyyat üsulları, hövzə modelləşdirilməsi” mövzusunda təlimlərdə və müvafiq tədqiqat işlərində aparıcı mütəxəssis kimi fəal iştirak edib.
1996-cı ildə ARDNŞ-nin Azərİnformatika İdarəsində mühəndis vəzifəsində əmək fəaliyyətini davam etdirən A.Cavadova 1998-ci ildən ARDNŞ-nin Dənizdə neft və qazçıxarma İB-nin Mərkəzi laboratoriyasında qrup rəhbəri vəzifəsində çalışıb.
1999-cu ildən 2007-ci ilədək ABŞ-nın Frontera Resourses şirkətində baş geoloq, Salyan OYL Şirkətində işlənmə üzrə geoloq, Delta Hess (ACG) Ltd. şirkətində geologiya üzrə Baş mütəxəssis vəzifələrində işləyib.
2007-ci ildən BP şirkətində baş geoloji-kəşfiyyat işləri üzrə qrup rəhbəri, geoloji-kəşfiyyat üzrə menecer, karbohidrogen sistemləri üzrə baş mütəxəssis və baş geoloq, 2019-cu ildən son təyinatına qədər geoloq vəzifəsində çalışıb.
2013-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Arzu Cavadova “Tərəqqi” medalı ilə təltif olunub.
Arzu Cavadova geologiya-mineralogiya elmləri namizədi, 2 ixtira və 35 elmi əsərin müəllifidir.
SOCAR-ın Baş geoloqu faktiki olaraq 2021-ci ilin iyulunda dövlət başçısının sərəncasmı ilə işdən azad edilmiş SOCAR-ın geologiya və geofizika üzrə vitse-prezidenti Bəhram Hüseynovun kurasiya etdiyi sahələrə cavabdeh olacaq.
Follow @7timesaz