Qədim yunan və Roma xalqları tərkibində kərəviz olmayan xörəklərdən həmişə imtina edirmişlər. Farslar kərəviz bitkisini Allah tərəfindən insanlara verilmiş hədiyyə kimi səciyyələndirirlər. Yunan və Roma xalqları kərəviz bitkisi ilə bir çox xəstəlikləri məhartlə müalicə edərmişlər. Kərəvizin bir çox sort və formalarından qida, ədviyyat və müalicə məqsədləri üçün dünyanın əksər xalqları istifadə edirlər.
Kərəvizin kökmeyvəsinin ətri şaxtalar düşən zamanı da olduğu kimi qalır. Kərəvizin bütün hissələri qiymətli müalicəvi xüsusiyyətlərə malikdir. O iştahaçıcı, mədə şirəsinin ifrazatını artırır, antiseptik vasitə kimi yarasäğaldıcı təsirə, orqanizmin tonusunun artırlımasında mühüm rol oynayır. Bundan başqa kərəvizin tərkibində çoxlu miqdarda makro və mikroelementlərdən, vitamin mənbəyindən, antoksidan xüsusiyyətli apigenin maddəsindən, asparagin, xolin, manit, nişasta, həmçinin Na, P və Fe mikroelementləri, efir yağlan aşkar edilmişdir ki, bunlar da orqanizmdə selikli qişa toxumalarının işinin nizamlanmasında onların fəaliyyətinin normal gedişində müsbət rol oynayırlar. Ona görə də mədəsi və onikibarmaq bağırsaqlannda yarası olan xəstələr bitkidən təzə dərilmiş, bişirilmiş və turşuya qoyulmuş halda yeməklərində istifadə etməlidirlər.
Kərəvizin tərkibində olan maddələr, orqanizmdə toplanıb qalmış duzların və şlaklann təmizlənib yox edilməsində mühüm əhəmiyyət kəsb edir. Bundan başqa podaqra, revmatizm, artrit, sidik kisəsi, böyrək, ciyər və s. xəstəliklərə tutulmuş insanların qidalarının tərkibinə bu bitkidən çoxlu miqdarda qatılması məsləhətdir. Elmi əsaslarla sübut olunmuşdur ki, kərəviz nevroz, zəifləmiş əsəb sistemində, eləcə də yuxu pozuntularında əvəzsiz müalicə preparatıdır. Ona görə həkimlər bu cür xəstəliklərə düçar olmuş insanlara hər gün kərəviz yeməyi məsləhət görürlər.
Kərəvizdən hazırlanan müalicə preparatları;
Mədə və onikibarmaq bağırsaqda, sidik kisəsində olan daşların müalicəsi; Bunun üçün yeməkqabağı təzə dərilmiş kərəvizdən alınmış şirədən 2 xörək qaşığı qəbul edin.
Mədə va onikibarmaq bağırsaq yaralarında; 2 xörək qaşığı doğranmış kökündən götürüb 1 stəkan suyun üzərinə töküb 2 saat dəmləyib süzün. Alınmış ekstraktdan gündə 3 dəfə stəkanın 1/3 hissəsi qədər yeməkqabağı qəbul edin. Böyrək xəstəliyində, podaqroda ağrıkəsici kimi, sidikqovucu vasitə kimi; 2 stəkan qaynar suya stəkanın 1/4 hissəsi qədər yarpaq kərəviz sortunun kökündən tökün, su hamamına qoyub 5 dəqiqə saxladıqdan sonra 30 dəqiqə dəmləyin. Süzüb gündə 4 dəfə stəkanın 1/4 hissəsi qədər qəbul edin.
Zəiflik, dişəti qanaxmalarında; Yeməkdən sonra təzə kərəviz yarpaqlarından dərib 3-5 dəqiqə çeynəyin.
İmmunitetin zəifləməsində, yorğunluq hallarının aradan qaldırdmasında;. Bunun üçün acqanna hər gün yarpaq və kök meyvəsindən aldığınız şirəni 1:1 nisbətində alma şirəsi ilə qarışdırıb qəbul edin.
Yuxusuzuğun aradan qaldırdmasında; 1 litr qaynadılmış soyuq suya, 1 xörək qaşığı doğranmış təzə kərəviz kökü töküb, 8 saat dəmləyib süzün. Aldığınız cövhərdən gündə 3 dəfə yeməyin vaxtından asılı olmayaraq 1 çay qaşığı qəbul edin.
Uzun sürən xəstəliklər zamanı baş verən halsızlığm aradan qaldırılmasında; Orqanizmi möhkəmləndirmək üçün doğranmış təzə kərəviz kökünü 2 stəkan qaynanmış suya töküb, su hamamında qızdırın və ağzı qapalı halda 4 saat saxladıqdan sonra süzün. Alınmış cövhərdən gündə 3-4 dəfə 1 xörək qaşığı yeməyə 30 dəqiqə qalmış qəbul edin.
Həşərat sancmaları zamanı əmələ gələn allergiya xəstəliklərinin aradan qaldırılmasında; Bunun üçün 2 stəkan qaynar suyun içərisinə 2 xörək qaşığı qurudulmuş kərəviz yarpağı və yaxud 4 xörək qaşığı təzə yarpağından əlavə edin. Emal qaba töküb qapağını örtüb 30 dəqiqə dəmlədikdən sonra süzün. Alınmış dəmləmədən gündə 4 dəfə yanm stəkan və yaxud gündə 2 dəfə qəbul edin.
Maddələr mübadiləsi pozuntularında; 1 stəkan soyuq qaynadılmış suya, 2 xörək qaşığı quru doğranmış kökündən əlavə edib 2 saatsaxladıqdan sonra süzün, stəkanm 1/3 hissəsi qədər gündə 3 dəfe qəbul edin.
Şəkərli və şəkərsiz diabetzamanı; Hər gün 4-5 ədəd təzə budağından yeyin,
Saglamolun.Az