Ölkə

“Unun qiymətində artım hələ davam edəcək”Hökümət bu sahədə ayılmalıdır.-Natiq Cəfərli

“Unun qiymətində artım hələ davam edəcək”Hökümət bu sahədə ayılmalıdır.-Natiq Cəfərlibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mart ayının sonlarından etibarən ölkədə unun qiymətində artım müşhidə olunur. Bahalaşma həm topdan , həm də pərakəndə qiymətlərdə özünü göstərir.

İqtisadçı Natiq Cəfərov  7Times.az –a açıqlamasında bunun bir neçə səbəblə bağlı olduğunu və bu gedişlə qiymət artımının hələ bir müddət davam edəcəyini  bildirir.

“Azərbaycanda  yerli un istehsalı tələbatın sadəcə 25%-ni ödəyir. Qalan 75% idxal hesabına təmin edilir. Son zamanlar dünya bazarında buğdanın qiymətinin artması, ölkəmizdə də qiymət  artımına birbaşa təsir edən amillərdəndir.  Bununla yanaşı, Azərbaycanın əsas buğda idxal etdiyi ölkə Rusiyadır. Rusiya isə mövcud vəziyyətdə daxili bazarı qorumaq məqsədilə  sentyabr ayının  9 –dək buğda satışını dayandırıb.”

Natiq Cəfərov qeyd edib ki, ötən il idxal olunan 1140000 ton buğdanın  907000 tonu Rusiyadan alınıb. Hazırda isə buğda tələbatı Qazaxıstan və Hindistan kimi ölkələrdən taxıl idxal etməklə ödənilir ki, bu ölkələrdə də taxılın qiyməti Rusiyadan 10%  bahadır.

Qeyd edək ki, son illər ölkədə kənd təsərrüfatının inkişafı yönündə dövlət tərəfindən bir sıra addımlar atılır. Bəs niyə bu gün biz hələ də buğda istehsalında 75%-lik bir rəqəmlə xarici idxaldan asılı qalırıq?-  sualını Natiq Cəfərov bir neçə nüansı əsas gətirməklə açıqlayıb.

“Bunun bir nçə səbəbi var. Öncəliklə, qeyd edək ki, istehsal rəqəmləri dəyişsə belə uzun illərdir idxal-istehsal nisbətindəki  75%-lik  rəqəm azalmır. Əsas  problemlərdən biri ölkədə təsərrüfata yararlı torpaqların böyük hissəsinin uzun illərdir işğalda olmasıdır. Bu məsələnin obyektiv tərəfidir. Digər problemlər isə daxildən qaynaqlanır. Xüsusilə aqro-texniki məsələlərə elmi yanaşmanın olmaması, suvarma sistemlərinin zəifliyi, toxumçuluq problemləri, gübrə siyasətində elmi yanaşmanın zəifliyi məhsuldarlığın artımını zəiflədən birbaşa amillərdəndir. Nəticə etibarı ilə də, bütün bu səbəblər  məhsuldarlığı yüksək olan ərazilərdən belə aşağı nəticə alınmasına gətirib çıxarır”.