Maraqlı

Uşağın doğulmasından öncə valideynlərin cavab tapmalı olduğu 10 SUAL – MARAQLI 

Uşağın doğulmasından öncə valideynlərin cavab tapmalı olduğu 10 SUAL – MARAQLIbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Cütlüklərin ən başlıca niyyətlərindən biri uşaqlarının olmasıdır. Sizin həyat tərzinizin dəyişilməsinə gətirib çıxaracaq taleyüklü qərar qəbul etməzdən öncə tərəf-müqabilinizlə bu barədə öz fikirlərinizi və hisslərinizi bölüşmək yaxşı olardı.
7Times.az Moderator.az-a istinadən xəbər verir ki, psixoloqlar bununla əlaqədar olaraq 10 əsas məsələnin müzakirəsini məqbul sayıb.
Sevgi öz yerində, amma uşaq dünyaya gətirməzdən öncə uşaqlara münasibət, tərbiyə üsulları və bir çox başqa məsələlər barəsində tərəflər daha aydın təsəvvürlərə malik olmalıdır.
1. “Uşaqlar bizə niyə lazımdır?”
Bu, əsas məsələdir və nədənsə “nəyə görə uşaq istəyirik” əvəzinə “nə zaman uşağımız olsun” sualına üstünlük verirlər.
Sizin və tərəf-müqabilinizin uşaqların dünyaya gəlməsini hansı səbəbdən istədiyinizi müzakirə etməyə zaman və məkan ayırmağınız bir-birinizi daha dərindən öyrənməyə imkan verəcək.
2. Biz maliyyə məsələlərini necə həll edəcəyik?
Maliyyə imkanlarını anlamaq gələcək valideynlər üçün həlledici əhəmiyyətə malikdir, çünki ən azı 18-21 il ərzində uşaqların xərcini öz aralarında bölmək nöqteyi-nəzərindən birlikdə qərar qəbul etmək lazım gələcək.
Məhz bu mərhələdə siz gələcəkdə xüsusi ev, maşın və s. almağı planlaşdırmağınız məsələsinə aydınlıq gətirməlisiniz. Bundan başqa, sizin ümumi büdcənizin uşaq bezləri, uşaq qidası, ən əsası, uşaq bağçası kimi əlavə xərclərin öhdəsindən gələ biləcəyini qiymətləndirmək lazımdır.
3. “Biz nizam-intizam məsələsinə necə yanaşacağıq?”
Gec ya tez siz uşaqlarınızı tərbiyə etməli olacaqsınız. Sizin və partnyorunuzun evdə nizam-intizama münasibətiniz öz uşaqlıq təcrübəsinin birbaşa əksi demək olacaqdır (həm yaxşı, həm də pis təcrübənizin).
Nizam-intizamın olub- olmaması uşağın inkişafının əsas komponentidir, ona görə də qabaqcadan ailədaxili tərbiyəyə vahid yanaşma barədə razılığa gəlinməlidir.
4. “Biz uşağı cəzalandıracağıqmı?”
Sizin razılaşdığınız və qətiyyən özünüzün və tərəf-müqabilinizin uşaq üzərində həyata keçirməyə imkan verə bilməyəcəyiniz tərbiyə taktikasını qabaqcadan müzakirə etmək lazımdır.
5. “Biz özümüzə zamanı necə ayıracağıq?”
Bu barədə soruşanda siz həm bu məsələdə tərəf-müqabilinizlə eyni səviyyədə anlayış göstərdiyinizi, həm də partnyorunuzun ailə istirahətinə birgə sərf ediləcək zamanın necə və nə ilə fərqləndiyini anlamasını biləcəksiniz.
6. “Əgər uşağın dünyaya gəlməsi ləngiyərsə, nə edəcəyik?”
Bu, mühüm məsələdir və “kənarda” müzakirə edilməlidir. Sizin hər ikiniz uğursuzluğa düçar olan zaman səy göstərməyə nə dərəcədə hazırsınız?
Siz sonsuzluğu dəyərindən asılı olmayaraq birgə müalicə etməyə hazırsınızmı?
Yaxud övladlığa götürmək haqqında düşünəcəksiniz?
Sizə surroqat analıq və ya sperma donorluğu uyğundurmu?
7. “Əgər aparılan müayinələr dölün əlilliyini göstərərsə, biz necə davranacağıq?”
Körpələrin böyük əksəriyyəti normal doğulur, lakin əgər hamiləlik testi anomaliyanı müəyyən edərsə hansı qərarı verəcəksiniz?
Hamiləlyi kəsəcəksiniz?
Əgər uşağın doğulmasına qərar versəniz və diaqnoz təsdiqini taparsa, siz maliyyə və mənəvi cəhətdən uşağa qulluğun öhdəsindən gələcəksinizmi?
Bu həssas məsələlərin müzakirəsi sizin belə hallarla rastlaşdıqda sağlam düşüncənizi qoruyub saxlamağa imkan verəcək.
8. “Biz dünyadan köçəriksə, uşağın qəyyumu kim olacaq?”
Biz anlayırıq ki, bu məsələ barəsində heç kim düşünmək istəmir. Lakin hər halda bədbəxtlik baş verərsə, sizin uşağınızın gələcəyi ilə bağlı yazılı sərəncam daha dərin qatlarda sizin ruhi sakitliyinizi təmin edəcək.
9. “Biz vəzifələrimizi necə böləcəyik?”
Əvvəlcədən hipotetik məsələləri düşünün, məsələn, əgər siz uşağı döşlə qidalandırırsınızsa, partnyorunuz uşaq bezini dəyişə bilərmi?
 Əgər süni qidalanmaya getsəniz, uşağa qulluq etməyi növbələşdirə biləcəksinizmi?
Uşağı bağçaya kim aparıb gətirəcəkdir?
Evdə məişət məsələləri necə bölünəcək və ailədənkənar istirahətə siz hər birinizə nə qədər zaman ayıracaqsınız?
10. “Biz möhkəm münasibətləri necə saxlayaq?”
Əgər əsəbiləriniz tarıma çəkilibsə, sizi uşağın ağlaması, çirkli uşaq bezləri və saatlarla uşağın qidalanmasından başqa  heç nə birləşdirmirsə, xoşbəxt olmaq mümkün deyil.
Yeni həyata uyğunlaşmanın qaynar vaxtında siz böyüklərə xas söhbətlər aparmağa davam etməli, vaxtaşırı intim münasibətləri də unutmamalısınız. Münasibətlərinizdə “elektriki” necə saxlamaq, hər ay birgə görüşlər, uşaqlarsız müxtəlif gecələr təşkil etmək haqqında qərar verməlisiniz.
Əgər söhbətiniz nəzakətli və sakit tərzdə keçəcəksə, başqa məqamları da müzakirə edə bilərsiniz:
Siz doğuşu necə təsəvvür edirsiniz?
Siz uşağınızın gələcəyi üçün maddi vəsait toplamaq istəyəcəksinizmi?
Uşaqlar sizin otağınızda və ya çarpayınızda yata biləcəkmi?
Siz ev işlərinin icrası üçün dayə və ya köməkçi tutacaqsınızmı?
Uşağı hansı yaşından uşaq bağçasına verməyə hazırsınız?
Siz nə dərəcədə ciddi və tələbkar valideyn olacaqsınız?
Və bir çox digər məsələləri müzakirə edə bilərsiniz…
Sizə uğurlar!