Ölkə

Xaçmazda ilk dəfə – CƏNAZƏ AVTOMOBİLİ – FOTOLAR

Xaçmazda ilk dəfə – CƏNAZƏ AVTOMOBİLİ – FOTOLARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xaçmaz rayonunda sırf dəfn mərasimlərində istifadə edilməsi üçün xüsusi bir avtomobil təyinatı üzrə uyğunlaşdırılaraq Xaçmaz mərkəzi məscidinə təqdim edilib.

İndiyə qədər Xaçmazda bu tip nəqliyyat vasitəsinin olmaması hüzr sahibləri üçün əlavə problemlər yaradırdı. Əksər  hallarda isə vəfat edən yaxınlarını dəfn etmək üçün hüzr sahibləri cənazənin qəbristanlığa aparılması üçün tikinti materialları, meyvə tərəvəz daşıyan və digər təyinatlı avtomobillərdən istifadə etməyə məcbur olurdular.

 

7Times.az xəbər verir ki,nəqliyyat vasitəsi yerli iş adamı İlham Allahverdiyevin təşəbbüsü və şəxsi vəsaiti hesabına hazırlanıb.