Ölkə

Xəzərdən 26 kiloqram narkotik keçirmək istədilər

Xəzərdən 26 kiloqram narkotik keçirmək istədilərbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəzər dənizi vasitəsi ilə Azərbaycana 26 kiloqram 325 qram narkotikin keçirilməsinin qarşısı alınıb.

 

Bu barədə 7Times.az –a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, iyul ayının 19-da Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sahil nəzarəti bölmələri və sərhəd gəmisinin qarşılıqlı fəaliyyəti nəticəsində ümumilikdə 26 kiloqram 325 qram narkotik vasitə (24 kq 835 qram marixuana, 1 kq 490 qram tiryək), 2500 ədəd Metadon M-40 həbi, 660 ədəd Preqabalin 150 kapsulu, 40 qutu Marlboro, 10 qutu Milano siqaretləri və 5 ədəd TİTAN siqarının Xəzər dənizi vasitəsilə qeyri-qanuni yolla Azərbaycan ərazisinə keçirilməsinin qarşısı alınıb.

 

Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.