“YouTube” sosial platformasının rəhbəri Susan Vodjicki postunu tərk edəcəyini açıqlayıb.
7Times.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə o,öz vloqunda məlumat verib:
“Mən “YouTube” rəhbəri kimi vəzifəmi tərk edib həyatımda ailə, sağlamlıq və şəxsi layihələrə fokuslanan yeni fəsil açmaq qərarına gəldim”.
Bildirilib ki, onun yerini və baş vitse-prezident vəzifəsini hazırkı məhsul direktoru Neil Mohan tutacaq.