Ermənistan baş nazirinin müavini Mher Qriqoryan “Trampın beynəlxalq sülh və rifah marşrutu” (TRIPP) layihəsinin icrası ilə bağlı Ermənistana səfər edən ABŞ nümayəndə heyətini qəbul edib.
7Times.az xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.
Bildirilib ki, ABŞ nümayəndə heyətinin tərkibində Dövlət Departamentinin və Beynəlxalq İnkişafın Maliyyələşdirilməsi Korporasiyasının nümayəndələri yer alıblar.
Mger Qriqoryan qonaqları salamlayaraq Ermənistan hökuməti adından ABŞ rəhbərliyinə 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş sülh sammitinin təşkilinə görə təşəkkür edib.
O bildirib ki, sammitin mühüm nəticələrindən biri hesab edilən “Trampın beynəlxalq sülh və rifah marşrutu” layihəsinin ardıcıl şəkildə həyata keçirilməsi xüsusi əhəmiyyət daşıyır.
Görüş zamanı tərəflər TRIPP layihəsinin reallaşdırılması ilə bağlı bir sıra operativ və hüquqi məsələləri müzakirə edərək razılığa gəliblər.
Mher Qriqoryan həmçinin Ermənistanın “Sülh kəsişməsi” təşəbbüsü barədə danışaraq regionda bütün kommunikasiya xətlərinin açılmasının vacibliyini, potensialını və perspektivlərini vurğulayıb.
Follow @7timesaz


