Sağlamlıq

Zeytun yarpağı çayının 12 möcüzəsini bilmirsiniz – Dərmanlardan 10 qat yüksək təsirli

Zeytun yarpağı çayının 12 möcüzəsini bilmirsiniz – Dərmanlardan 10 qat yüksək təsirlibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zeytun yanğını aradan qaldıran, qan şəkəri, yüksək təzyiqi salan, damar sərtliyinin qarşısını alan, qan lipit səviyyəsini salan, sümük əriməsini bərpa edən, mikrob öldürən, xərçəng və digər xəstəliklərə qarşı faydalı təsir göstərən meyvədir.

Zeytun yarpağı çayının bədənə çox faydaları var:

  1. antioksidan təsirə malikdir,
  2. böyrəklərdən su xaricini artırır,
  3. insulin müqavimətini yüksəldir,
  4. bədən çəkisinin idarəsində istifadə edilir,
  5. şəkər xəstəliyində qan şəkərini tarazlaşdırır.
  6. Hüceyrələri qısa müddətə yeniləyir
  7. Diqqət əskikliyi, yuxu pozulmasına qarşı da təsirlidir.
  8. Mərkəzi sinir sistemini gücləndirir.
  9. Ürək sağlığını qoruyur. Daim istifadə edilən zeytun yarpağı çayı damar tıxanıqlığının qarşısını alır. Təzyiqi tarazlayır və ani təzyiqdən qoruyur. Qan axışına yaxşı təsir göstərdiyi üçün infarkt riskini azaldır.
  10. Ağrı kəsici və əzələ yumşaldıcı xüsusiyyətə malikdir. Əzələ və baş ağrısı şikayətlərində zeytun yarpağı çayı içmək məsləhətdir.
  11. Üst tənəffüs və sidik yollarında infeksiyanı aradan qaldırır.
  12. E vitamini və antioksidan maddələr baxımından zəngin olan zeytun yarpağı çayı mədə-bağırsaq və immunitet sistemini gücləndirir.Bütün bunlar zeytun yarpağı çayının tərkibindəki omeqa-3 yağ turşuları sayəsində reallaşır.

    Zeytun yarpağı çayı neçə gün içilməlidir?

    Gün ərzində 2-3 dəfə olmaqla bu çayı içə bilərsiniz. Təsirini daha yaxşı görmək üçün ən az 2 ay içmək məsləhətdir.

    Zeytun yarpağı çayını içərkən ac və tox olmanızla bağlı narahatlığa ehtiyac yoxdur: nahar zamanı yemək yanında da, gün ərzində ara vaxtlarda da istifadə etməniz uyğundur.

      Zeytun yarpağı çayı kimlərə olmaz?

    • 18 yaşdan aşağı gənclərdə və uşaqlar,
    • aktiv komponentlərə həssaslığı (allergiya) olanlar,
    • maye qəbulunun məhdudlaşdırıldığı, yəni böyrək çatışmazlığı, ürək narahatlığı və s. olan xəstələr,
    • hamilə və əmizdirmə dövründə olan qadınlar,
    • təzyiq xəstələri,
    • əməliyyatdan sonra və ya xroniki dərman istifadə edənlər.

      Zeytun yarpağı çayı necə dəmlənir?

    Çayın bir neçə hazırlanma qaydası var.

    Birinci: Bir fincan isti suyun içinə 6-10 qram (iki çimdik) quru zeytun yarpaqlarını əlavə edib 10 dəqiqəyə qədər dəmlənməsini gözləyin, sonra çayı süzüb içə bilərsiniz.

    İkinci: İki çimdik (6-10 qram) bütün qurudulmuş zeytun yarpaqlarının üzərinə 1 stəkan yarım qaynar su əlavə edin, 15-20 dəqiqə dəmləyin, süzün, için. Hər dəfə təzə hazırlanmaqla gündə 3 dəfə və gündəlik doza 30 qramı keçməmək şərtilə içə bilərsiniz.

    Üçüncü: 10 qram təzə və ya 5 qram qurudulmuş zeytun yarpağını 1 stəkan yarım su ilə suyun miqdarı 1 stəkana qədər azalana qədər qaynadın, süzün. Təzə-təzə hazırlanan bu çaydan gündə 2 dəfə içə bilərsiniz.