Kriminal

7 yaşlı qıza təcavüz edən 43 yaşlı kişiyə hökm oxundu

7 yaşlı qıza təcavüz edən 43 yaşlı kişiyə hökm oxundubackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəki Ağır Cinayətlər Məhkəməsində 2015-ci il təvəllüdlü Gülər Babayevaya təcavüz edən 1979-cu il təvəllüdlü Babək Qarayevə (ad və soyadlar şərti verilib) hökm oxunub.

7Times.az xəbər verir ki, hökmə əsasən, o, 11 il müddətinə azadlıqdan məhrum edilib.

Hadisə ötən ilin iyunun  1-də baş verib. Məlum olub ki, Babək 7 yaşlı Güləri alça yığmaq bəhanəsi ilə evlərinə dəvət edib, sellofan torbaya bir qədər alça yığdıqdan sonra evdə çay içməyi təklif edib. O azyaşlını evin yataq otağına aparıb və orada zorakılıq gösətərək ona qarşı seksual xarakterli hərəkətlər edib. Hadisədən sonra azyaşlı qız evlərinə gedib və bu barədə anasına danışıb. Ailə polisə müraciət edib.

Nəzrin