Ölkə

Quba rayonunda Prokurorluq işçilərinin peşə bayramı günü qeyd olunub – FOTOLAR

Quba rayonunda Prokurorluq işçilərinin peşə bayramı günü qeyd olunub – FOTOLARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

1 Oktyabr – Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və milli prokurorluğun yaradılmasının 106-cı ildönümü münasibətilə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Quba rayon Prokurorluğunun kollektivi, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri tərəfindən Ulu Öndər Heydər Əliyevin Quba şəhərində adını daşıdığı Mədəniyyət və İstirahət parkındakı abidəsi ziyarət olunub, abidə önünə gül dəstələri qoyulub, sonra isə Quba Rayon İcra Hakimiyyətində xidmətdə fərqlənən prokurorluq işçiləri ilə görüş keçirilib. Prokurorluq işçilərini təbrik edən Rayon İcra Hakimiyyətinin başçısı, eyni zamanda onları fəxri fərmanlarla təltif edib.