Quba şəhər sakini Mirzəliyev Elşən Kəlbalı oğlu bələdiyyə tərəfindən onun xüsusi mülkiyyətinə verilmiş həyətyanı torpaq sahəsinə yol olmadığı üçün oradan istifadə edə bilmirdi.
Onun “7Times.az”-a verdiyi məlumata görə,torpaq sahəsinin ətraf əraziləri başqa şəxslər tərəfindən zəbt edilmiş,torpaq sahəsi ilə əlaqədar uzun müddət məhkəmə çəkişmələri getmiş, lakin heç bir nəticə əldə olunmuyub.
Elşən Mirzəliyev məsələ ilə əlaqədar Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudovun qəbuluna gedərək bu istiqamətdə ona köməklik göstərilməsini xahiş edib.Vətəndaşın müraciətindən sonra məsələ nəzarətə götürülərək qısa zaman ərzində həllini tapıb və vətəndaşın gediş-gəliş yolu bərpa olunub.
Follow @7timesazHüseyn
7Times.az