Sumqayıt şəhər İcra Hakimiyyət Başçısının müavini Sahib Quliyev vəfat edib.
7times.az xəbər verir ki, APA-nın yerli bürosunun məlumatına görə, S. Quliyev bir müddət öncə koronavirusa yoluxub və müalicə olunaraq sağalmışdı.
Ötən gün isə qəflətən ürəktutmasından vəfat edib.
Qeyd edək ki, S.Quliyev 2011-ci ildən Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının müavini – Şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifəsində çalışırdı.
Follow @7timesaz