“Yeni quraşdırılacaq mexaniki sayğaclar mərkəzdən idarə olunacaq. Qaza borcu olan abonentlərə qaz verilişi avtomatik olaraq dayandırılacaq”.
7times.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev deyib.
O bildirib ki, abonentlərə qaz borcu ilə bağlı bildiriş-SMS gələcək: “SMS gələndən sonra 1 ay müddətində istifadə etdiyi qaz borcunu ödəməyən abonentə qaz verilməsi dayandırılacaq. Artıq yaxın bir ay ərzində 700 min abonentə bildirişlər göndəriləcək. 30 gün ərzində borc ödənilməsə abonentin qazı dayandırılacaq. Bildiriş veriləndən sonra 30 gün müddətinə qazı dayandırmaq səlahiyyəti yoxdur. Amma 30 gün ərzində qaz pulu ödənilməsə qaz verilişi dayandırılacaq”.
Follow @7timesaz