Cəmiyyət

De hansı birlikdən deyib dururuq – Namik Xınalıqlı

De hansı birlikdən deyib dururuq – Namik Xınalıqlıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

De, hansı birlikdən deyib, dururuq
Hər şeyin təməlin çat qoymuşuq biz.
Rəqib xanəsində səy gediş ilə
Elə özümüzü mat qoymuşuq biz.

Yox yağlılıq boş-boş söz deməkdə
Vətən məhəbbəti olsun ürəkdə.
Nə vətənin daşı?
Nə gül-çiçəkdə
Nə də ki, suyunda dad qoymuşuq biz.

Düz söz gəlmədi heç vaxt xoşumuza
Kimlər ağlasınlar göz yaşımıza?
Yadları çıxarıb öz başımıza
Doğmanın adını yad qoymuşuq biz.

Kim ki söz deməyə keçdi qabağa
Rişxənd gülüşləri qondu yanağa.
Tutub onu min cür haqsız qınağa
Adına sərsəri ad qoymuşuq biz.

Bilmirəm hansı bir işi yarıtdı
Kimi dindirirsən sanki barıtdı.
Əlinə keçəni yeyib dağıtdı
Vətənin canına od qoymuşuq biz.

Kiminsə dərdini bölən olmadıq
Yıxıq divarını hörən olmadıq.
Bir işi sonacan görən olmadıq
Daim yeyintiyə xod qoymuşuq biz.

Namik Xınalıqlı