Cəmiyyət

Aysel Əlizadə BNA-ya səsləndi: “İmkan verin həyatımızı yaşayaq”

Aysel Əlizadə BNA-ya səsləndi: “İmkan verin həyatımızı yaşayaq”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hörmətli, Bakı Nəqliyyat Agentliyi, siz bizdən nə istəyirsiz, niyə qoymursuz maşınımızı sürək, həyatımızı yaşayaq?”.

7times.az-ın xəbərinə görə, bunu yazıçı Aysel Əlizadə deyib.

A.Əlizadə bildirib ki, şəhərdə maşın saxlamağa yer yoxdur: “Sizin əlinizdən evdən çıxıb iş dalınca getmək olmur. Dünən məni yenə cərimə etmisiz, niyə, nə səbəbə? Bircə yerdə maşın saxlamışam ora da həmişə park olub, hər kəs həmişə saxlayıb. Mərkəzi yer də deyil. Nə edək, harda saxlayaq maşınımızı? Belə sistemsizlik, qarət olmaz! Facebook səhifənizə yazıb məlumat istəmişəm, yola verən, şablon cavablar yazılır. Dilinizin ucu ilə cavab verəcəksizsə nəyə açmısız o səhifəni? Kofe falı səhifəsidi şablon göndərirsiz? Maraqlanın görün bu sürücü nədən narahatdı, nə deyir, kömək edin; Yola verməyin vətəndaşları. Əsəbimizlə oynamayın”.