Oktyabr ayında orta hesabla bir ailəyə ödənilən ünvanlı dövlət sosial yardımın məbləği artaraq 236,7 manatdan 270,2 manata çatıb.
Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentindən 7times.az-a verilən məlumata görə, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,1% artım deməkdir.