“Bu dövrdə insanların daha çox antibakterial, antidepresantlar istifadə etdiyini görürük”.
7times.az-ın məlumatına görə, bunu həkim-infeksionist Vasif Əliyev “COVID-19: Erkən və gecikmiş fəsadlar” beynəlxalq elmi konfransda deyib.
O bildirib ki, panikaya düşən şəxslər xəstəliyi ağır keçirir: “Müşahidələrim nəticəsində də görmüşəm ki, xəstəliklə bağlı panikaya düşənlər xəstəliyi daha ağır keçirirlər. Amma elə xəstələr var ki, ağciyərlərində 80-90 faiz tutulma olduğu halda belə koronavirus keçirdiyinin fərqində olmayıb”.
Follow @7timesaz