Cəmiyyət

Prezident təhsillə bağlı fərmana dəyişiklik etdi

Prezident təhsillə bağlı fərmana dəyişiklik etdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Prezident İlham Əliyev “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.
7times.az  xəbər verir ki, Fərmana əsasən, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 9, maddə 685; 2012, № 3, maddə 197, № 4, maddə 289, № 6, maddə 532; 2016, № 1, maddə 76, № 11, maddələr 1804, 1828, № 12, maddə 2086; 2017, № 7, maddə 1360, № 10, maddə 1800, № 12 (I kitab), maddə 2313; 2018, № 2, maddə 216, № 12 (I kitab), maddə 2545; 2019, № 5, maddə 848, № 7, maddə 1229, № 8, maddə 1398; 2020, № 5, maddə 549, № 7, maddə 868, № 11, maddə 1362, № 12 (I kitab), maddə 1469; 2021, № 6 (I kitab), maddə 571) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilib:
1. 2.3-cü bənddə hər dörd halda “məktəbəqədər təhsil müəssisələri” sözləri “uşaq evləri” sözləri ilə əvəz edilsin.
2. 2.9-cu bənddə hər dörd halda “məktəbəqədər təhsil müəssisələrinin” sözləri “uşaq evlərinin” sözləri ilə əvəz edilsin.