Maraqlı

Barmaq izinin tarixi – İlk dəfə nə vaxt istifadə olunub?

Barmaq izinin tarixi – İlk dəfə nə vaxt istifadə olunub?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnsanları bir-birindən ayırmaq üçün anatomik xüsusiyyətlər tarixin hər dövründə alimlərin fəaliyyət sahələrindən biri olmuşdur.

İnsanların əl və ayaq barmaqlarının quruluşu onların son düyünlərindən başlayaraq dırnaqların dibinə, böyürdən isə barmaqların kənarının ortasına qədər uzanan “papille” adlı relyef şəklindədir ki, bunlar 0,2 – 0,5 mm intervallarla düzülmüşdür. Adətən- bir-birinə paralel düz xətlər, kağız, şüşə, cilalanmış və ya düz səthlərdə qalan izə barmaq izi deyilir.

19-cu əsrdə aparılan araşdırmalarda ana bətnində 6-cı ayda əmələ gələn papillaların ömür boyu orijinal formasını saxladığı və heç bir zaman dəyişmədiyi, təkcə barmaq izinin hər kəs üçün müxtəlif olduğunun fərqinə varıldı. Ancaq bunun nə vaxtsa şəxsiyyət təsdiqi kimi istifadə oluna biləcəyi ağıllara belə gəlməmişdi. Arxeoloji tədqiqatlarda bir çox yerdə barmaq izləri ilə bağlı müxtəlif məlumatlar toplanmış, hətta eramızdan əvvəlki barmaq izi qeydləri də tapılmışdır. Kimliyi müəyyən etmək üçün assuriyalılardan əvvəlki dövrə aid edilən gil üzərində barmaq izlərinin qaldığı diqqət çəkib. Babillilərin hüquqlarını qorumaq, müqavilələrin öhdəliklərini yerinə yetirmək, saxtakarlığa yol verməmək və məsuliyyət daşımaq üçün yumşaq gil üzərinə yazdıqları sənədlərə barmaq izlərini basdırdıqları müəyyən edilmişdir.

Qədim Çin sənədləri üzərində aparılan araşdırmalarda bir məqalənin sənəd kimi qəbul edilməsi üçün baş barmaq izinin çap edilməsi lazım olduğu məlum olmuşdur. Yüz illər əvvəl Çin ictimai həyatında barmaq izlərinin imzaları əvəz etdiyi aydın olurdu. Çindən nəşr olunan elmi araşdırmalarda eramızdan əvvəl 221-206-cı illər arasında hökm sürən Qin sülaləsi dövründə oğurluq araşdırmaları zamanı əl izlərinin dəlil olaraq istifadə edildiyinə dair görüntülərin olduğu dərc edilib. Maraqlıdır ki, keçmiş Çin mədəniyyətində ananın barmaq izi olan sənədin üzərində yazılanlar bütün ailəyə aid edilir və ümumilikdə məsələnin məsuliyyətini həmin ailəyə aid edirdi.

Alman kriminoloqu Robert Heindel barmaq izlərinin Tan sülaləsi dövründə (618-906-cı illər) cinayətkarları müəyyən etmək üçün də istifadə edildiyini qeyd edir.

Beləliklə, barmaq izi minlərlə il əvvəl başlayan bir prosesdə insanların “fərqli” xüsusiyyətlərindən birinə çevrilmişdi.

2000 il əvvəl barmaq izi ilə adam öldürmə diaqnozu

Eramızın 1-ci əsrində Romalı vəkil Quintilian atasını öldürdüyü iddiası ilə mühakimə olunan görmə qüsurlu bir şəxsi müdafiə edərkən, qətlin törədildiyi ərazidəki qanlı barmaq izlərinin müvəkkilinə aid olmadığını sübut edərək, onu xilas edib və həbsdən azad etdirir. Barmaq izlərinin ögey anaya (öldürülən şəxsin həyat yoldaşı) aid olduğu sübut olunub, həbsxanaya göndərilir.

Hacı Rəşidəddin Fəzlullah Həmədaniyə (1247-1318) aid edilən və 1300-cü illərdə nəşr olunan “Ümumbəşəri tarix” kitabında insanların barmaq izlərindən müəyyən edilməsi praktikası ilə bağlı müxtəlif şərhlər var.

Barmaq izləri ilə bağlı araşdırmalar 1684-cü ildə Grew, 1685-ci ildə holland anatomisti Qovard Bidloo və 1686-cı ildə Malpiqi tərəfindən də araşdırılıb. Lakin bu araşdırmalar həm də toxunma hissi və barmaqların uclarında dərinin quruluşu ilə də bağlı idi. Kral Cəmiyyəti üçün verdiyi hesabatda Grew ilk olaraq barmaqlardakı xətlər, tər dəlikləri və papillalar arasındakı əlaqəni vurğulayırdı. Bu tarixdən sonra insan anatomiyasındakı baş barmaq və barmaq izlərinin bütün detalları hüquq ədəbiyyatında tez-tez rast gəlinməyə başladı.

1686-cı ildə Bolonya Universitetinin anatomiya professoru Marcello Malpighi, barmaq ucu təsvirlərinin hər insan və hər barmaq üçün fərqli olduğu haqqında araşdırma aparmış və bununla da ondan sonra ediləcək elmi araşdırmaların əsasını qoymuşdur.

Barmaq izlərinin identifikasiya üçün güclü diaqnostik üsul olduğunu deyənlərdən biri də ingilis qravüraçısı, yazıçı və botanik Tomas Bevikdir (1753-1828). Dövrünün son dərəcə geniş yayılmış saxta kitab çapını və qiymətli rəsmlərdən ibarət əsərlərini plaqiatdan qorumaq üçün öz imzasını, barmaq, həm də barmaq izi möhürünü çap edərək əsərlərin içərisinə qoymuşdur. Bevik bunları ağac üzərində oyulmuş formada etmiş və bu üsulla saxtakarlıqdan qorunmağa çalışmışdır.

XX əsrdən başlayaraq inkişaf edən texnologiya sayəsində bütün dünyada barmaq izi şəxsiyyət identifikatoru kimi istifadə olunur.

Barmaq izinin sehrli gücü

Barmaq izlərinin şəxsiyyəti müəyyən etmək üçün istifadə edilməsi Hindistanın Benqal əyalətində Britaniya zabiti Uilyam Herşel tərəfindən düşünülüb. Belə ki, rəsmi barmaq izindən ilk dəfə Britaniya müstəmləkəsi sayılan Hindistanın Jungipur əyalətində yerli müqavilələrin imzalanmasını müşayiət edərkən istifadə edilmişdir. Herşeli bu qərara vadar edən amilin hindistanlı iş adamı Rajyadhar Konainin özünə inam əlaməti olaraq imzaladığı müqavilələrə baş barmağını yuxarı qoyması olduğu bildirilir. Həmin günə qədər yerli əhali tərəfindən edilən müqavilələrdə imza yerinə “X” işarəsi yazılır və tez-tez müqavilələr bağlanırdı.
31 Mart Hadisələrindən sonra Osmanlı İmperiyasındakı barmaq izi arxivi itirildi

Barmaq izlərindən cinayətkarların müəyyən edilməsi yolu Osmanlı imperiyasında ilk dəfə 1899-cu ildə biometrik-antropologiya metodunu tətbiq edən fransız polis əməkdaşı-araşdırmaçı Bertilonun texnikası ilə Osmanlı Polis İdarəsinə təqdim edilmiş və istifadə olunmağa başlamışdır. Sonrakı illərdə Vyana barmaq izi ofisinin dəstəyi ilə aparılan işlərdən götürülmüş minlərlə nümunə 31 Mart hadisəsində itdi. Türkiyədə hələ də istifadə olunan barmaq izi təsnifat sistemi macar əsilli Yusuf Cəmil bəy tərəfindən gətirilib və 1910-cu ildə İstanbulda barmaq izi idarəsi yaradılıb.

Cilalanmış daş dövründən barmaq izi

Son illərdə Britaniya arxeoloqları ilə işləyən keramikaçılar Şotlandiyanın şimalındakı Orkney adalarında 5000 illik barmaq izlərini aşkar ediblər. Bu barmaq izinin Neolit​ dövründə yaşamış dulusçu olduğu müəyyən edilmişdir. Ərazidən çoxlu e.ə əvvəlki saxsı qablar kolleksiyası aşkar edilib. Bu barmaq izinin təfərrüatlarını ortaya çıxarmaq istəyən arxeoloqlar tapılan barmaq izini dəqiq təyin etmək üçün xüsusi görüntüləmə texnologiyasından istifadə ediblər. Neolit ​​dövründən bu günə qədər barmaq izləri haqqında maraqlı düşünmə üsulları ilə tezislər hazırlamağa çalışmışlar. İllərlə bu araşdırma üzərində işləyən alimlər barmaq izinin sahibi – dulusçunun cinsiyyətini və yaşını müxtəlif işıq mənbələrində barmaq izləri olan keramika qabın şəklini çəkmək, sonra bu fotoşəkilləri kompüter proqramı ilə birləşdirməklə təyin etməyə çalışırdılar.sfera.az