Ehtiyatda olan zabit, Müsavat başqanının müavini Fərəc Kərimli könüllü olaraq hərbi xidmətə yollanıb.
7times.az-ın xəbərinə görə, bu barədə partiya başqanı Arif Hacılı məlumat verib.
O, bildirib ki, Fərəc Kərimli ön cəbhədə təcrübəli zabitlərdən biri kimi ərazi Azərbaycanın bütövlüyü uğrunda döyüşlərdə iştirak edəcək: “Allah Fərəc bəyi, bütün əsgər və zabitlərimizi qorusun. Tezliklə qələbə bayramını sağ-salamat evlərinə dönən balalarımızla birlikdə qeyd etmək nəsibimiz olsun”.
Follow @7timesaz