Ölkə

Duman olacaq, yağış yağacaq… – Günün havası

Duman olacaq, yağış yağacaq… – Günün havasıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dekabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən 7Times.az -a verilən xəbərə görə, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Lakin səhər bəzi yerlərdə az çiskinli olacağı, axşam isə arabir yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək.

 

Havanın temperaturu gecə 5-8° isti, gündüz 8-11° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.

 

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 0-5° isti, gündüz 8-12° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° isti olacaq.