İsrail ordusu HƏMAS-ın liderlərindən birinin məhv edildiyini açıqlayıb.
7Times.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Belə ki, hərəkatın Xan Yunis şəhərindəki hərbi qanadının lideri Rafiya Salamu Qəzza zolağına endirilən zərbə nəticəsində zərərsizləşdirilib.
Ordunun mətbuat xidmətinin bəyanatında deyilir ki, Salamu 7 oktyabr qırğınının təşkilatçılarından biri olub.
Xatırladaq ki, 2023-cü ilin oktyabrın 7-də HƏMAS qruplaşması İsrailin nəzarətində olan ərazilərə hücum edib. Buna cavab olaraq İsrail ordusu Qəzzada hərbi əməliyyatlara başlayıb.
Follow @7timesaz