Təhsil Nazirliyi şagirdlərin 2020-2021-ci tədris ili üzrə planlaşdırılan payız tətili ilə bağlı açıqlama verib.
Nazirlikdən 7times.az-a verilən məlumata görə, noyabrın 16-dan orta məktəblərdə şagirdlərin 5 gün payız tətili olmalı idi. Lakin oktyabrın ortalarında pandemiya ilə əlaqədar şagirdlərə noyabrın 2-dək iki həftəlik tətil verildiyindən noyabrın 16-dan payız tətili olmayacaq.
Noyabrın 16-dan şagirdlər distant formada təhsillərini davam etdirəcəklər.
Nazirlik tərəfindən iki həftəlik tətil verilən zaman onun kompensasiya ediləcəyi açıqlanmışdı. modern.az
Follow @7timesaz