Manşet

Polkovnik Şair Ramaldanov: “Ərazidə qalan terrorçular məhv ediləcək”

Polkovnik Şair Ramaldanov: “Ərazidə qalan terrorçular məhv ediləcək”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dünya təcrübəsində də baxsaq görərik ki, müharibə bitsə də, bu cür təxribatlar olur. Xüsusilə müharibənin getdiyi ərazilərdə quldur dəstələri qaldıqda, bu cür hallar qaçılmaz olur. İşğaldan azad edilmiş ərazilərə nəzarət olsa da, tam gediş-gəliş yoxdur. Digər tərəfdən, ərazimizdə yaşayan ermənilər var, yəni bu cür hadisələr istisna edilmirdi”.
 
7times.az xəbər verir ki, bu sözləri Demokrat.az-a açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib.

O, erməni silahlı birləşmələrinin Azərbaycan mövqelərinə qarşı təxribat törətməsinin gözlənilən olduğunu deyib:

“Bilirik ki, hələ müharibəyə qədər ermənilər o ərazilərə muzdlu əsgərlər yerləşdirmişdilər. Onların aqibətinin necə olduğunu bilmirik, ərazidən çıxıblar, ya hələ də müəyyən qismi qalmaqdadır, bunları bilmirik. Üstəlik, ermənilərin elə müharibədən sonrakı dövründə partizan hərəkatı elan etmələri, düşərgələr qurmaları barədə də məlumatlar vardı. Yəni bu cür amillər nəzərə alındıqda, Ermənistanın təxribat addımlarına davam edəcəyini gözləmək olardı. Ərazidə qalan ermənilərin, terrorçu dəstələrinin xaricdən erməni diasporası və digər qurumlar tərəfindən maliyyələşmələri də məlumdur. Burda narahtedici məqam sülhməramlılarla bağlıdır. Ermənilər sülhməramlıların yerləşdiyi yerdən atəş açıblarsa, bu, birbaşa sülhməramlıların məsuliyyətindədir. Bu məsələ ilə bağlı sülhməramlı hərbçilərin komandanlığı ilə danışıqlar aparılmalıdır”.

Ekspert bildirir ki, Azərbaycanın cavab atəşi ermənilər üçün ciddi mesaj olmalıdır:

“Ərazilərimizdə vəziyyət Azərbaycanın nəzarəti altındadır. Azərbaycanın erməni silahlı dəstələrinə cavab atəş açması ciddi xəbərdarlıq idi. Proses davam etsə, ərazidə qalan terrorçular və Ermənistan ordusunun nümayəndələri məhv ediləcək. Azərbaycan demək olar ki, həmişə anti-terror əməliyyatı keçirir. Ehtiyac olarsa, müvafiq güc strukturları ilə birlikdə bu əməliyyatları genişləndirəcəyik. Azərbaycan Ermənistanın hər cür təxribatına hazırdır. Ermənistanın bu addımları davam etsə, bütün istiqamətlərdə lazımi ciddi güc tədbirlərinin görüləcəyinə şübhə olmasın. Hazırda Azərbaycanın nəzarətində olmayan, təhlükəli bir vəziyyət yoxdur”.