Ölkə

Prezidentdən Səhiyyə Nazirliyi ilə bağlı fərman

Prezidentdən Səhiyyə Nazirliyi ilə bağlı fərmanbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 413 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

7Times.az fərmanın mətnini təqdim edir:

“Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 413 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 5, maddə 411 (Cild I); 2024, № 3, maddə 262, № 5 (I kitab), maddə 529, № 6 (I kitab), maddə 647, № 12 (II kitab), maddə 1369) 3-cü hissəsində “130” rəqəmləri “138” rəqəmləri ilə əvəz edilsin.