Quba rayon Heydər Əliyev Mərkəzində Quba Rayon İcra Hakimiyyətinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan bizim tarixi torpaqlarımızdır” mövzusunda konfrans keçirilmişdir. Konfransda Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov , Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, YAP Quba rayon təşkilatının sədri, Qərbi Azərbaycan İcmasının Quba rayonu üzrə nümayəndəsi, rayonun hüquq-mühafizə orqanlarının, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, şəhid ailələri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri, gənclər və digər nümayəndələr iştirak etmişlər. Konfransdan əvvəl Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülərək, xatirəsi ehtiramla yad edilmişdir. Konfransın bədii hissəsində aşıq musiqisi səsləndirilmiş, yallı rəqsi nümayiş olunmuş və Qərbi Azərbaycanın mədəni irsini əks etdirən sərgi təşkil edilmişdir.
Konfransın əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, sonra müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda müqəddəs şəhidlik zirvəsinə ucalmış Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş və Qərbi Azərbaycanla bağlı videoçarx nümayiş etdirilmişdir. Açılış nitqi ilə çıxış edən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov konfransın mahiyyəti barədə ətraflı məlumat vermiş, konfransın Qərbi Azərbaycan həqiqətlərinin təbliği istiqamətində mühüm əhəmiyyət kəsb etdiyini vurğulamışdır.
Follow @7timesaz