Ölkə

Şeyxin deputat qardaşı yenə “Facebook”da biabır oldu – FOTO

Şeyxin deputat qardaşı yenə “Facebook”da biabır oldu – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadənin deputat olan qardaşı Cavanşir Paşazadə yenə də “Facebook”da yazdığı statusa görə biabır olub.

7times xəbər verir ki, o bu dəfə də yazılarında kobud səhvlərə yol verib.

Cavanşir Paşazadə paylaşımında “Millət vəkili” sözünü “Millət Vəkili”, “müraciətlərin” sözünü “müraciyyətlərin”, “torpaqlarımızın” sözünü isə “torpağlarımızın” kimi qeyd edib.

Yazdığı statusdan sonra sosial şəbəkə istifadəçiləri Cavanşir Paşazadəni lağa qoymağa başlayıblar. Onun nə qədər savadsız və ümumiyyətlə Azərbaycan dilindən bixəbər olduğunu qeyd ediblər.

İnsanlar tərəfindən kütləvi şəkildə ələ salındığını görən Cavanşir Paşazadə sonradan paylaşımını silib.

Qeyd edək ki, bir neçə gün əvvəl də deputat yazdığı bir cümləyə görə biabır olmuşdu.

Cəmi bir cümlə yazmaq istəyən Millət vəkili həmin cümlədə bir sözü belə düzgün yazmamışdı. O, “prezident” sözünü “prizident”, “tərəfindən” sözünü “tərəfinnən”, “müşahidəçi” sözünü isə “muşahidəçi” kimi qeyd etmişdi.

Ən bağışlanmaz səhv isə deputatın vətəndaşı olduğu dövlətin adını səhv yazması idi. O, “Azərbaycan” sözünü “Azarbaycan” olaraq yazmışdı. Millət vəkili bu səhvlərə görə tənqid edilib və gülüş obyektinə çevrilib.BAKU.WS