Ölkə

Tarixi matç başladı: “Qarabağ” MOİK-lə üz-üzə – CANLI

Tarixi matç başladı: “Qarabağ” MOİK-lə üz-üzə – CANLIbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Kubokunun 1/8 final mərhələsində “Qarabağ” və MOİK komandaları arasında oyun başlayıb.

 

7Times.az  xəbər verir ki, Xankəndi şəhər stadionunda keçirilən qarşılaşma saat 14:00-da start götürüb. Matçı Əli Əliyevin başçılıq etdiyi hakimlər briqadası idarə edir.

 

Oyundan öncə komandalar meydana şəhid övladları ilə birlikdə çıxıblar. Daha sonra Dövlət Himni səsləndirilib. Ardınca isə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Qeyd edək ki, bu, işğaldan azad olunmuş ərazilərdə 30 ildən sonra ilk futbol matçıdır. Cütün qalibi 1/4 finalda “Sabah” klubu ilə qarşılaşacaq.

***

12:42

 

Futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində bu gün üz-üzə gələcək “Qarabağ” və MOİK klublarının start heyətləri açıqlanıb.

 

7Times.az  Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, komandalar Xankəndi şəhər stadionunda oynanılacaq matçda meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

 

“Qarabağ”: 23. Luka Quqeşaşvili, 2. Mateus Silva, 13. Bəhlul Mustafazadə, 4. Rahil Məmmədov, 44. Elvin Cəfərquliyev, 8. Marko Yankoviç, 20. Riçard Almeyda, 90. Nəriman Axundzadə, 19. Redon Cica, 17. Hamidu Keyta, 18. Juninyo

Baş məşqçi: Qurban Qurbanov

 

MOİK: 1. Zeynal Əhmədzadə, 97. Fərid Abbaslı, 3. Nicat Əskərov, 20. Nurlan Bayramov, 4. Ülvi İbazadə, 6. İsa Zeynallı, 8. Ramil Orucov, 10. Xəyal Bədirov, 11. Elvin Vəliyev, 77. Elmir Rəhimzadə, 17. Sabir Allahquliyev

Baş məşqçi: Qəzənfər Abbasov