Bakının Günəşli qəsəbəsini Sabunçu dəmiryol stansiyası ilə əlaqələndirən 40 nömrəli marşrutda istismar olunan avtobuslar yenilənir.
7Times.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) məlumat yayıb.
Bildirilib ki, mayın 26-dan sərnişinlərin xidmətinə veriləcək 18 ədəd yeni, 2025-ci il istehsalı olan “King Long” markalı avtobus müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunub. Yeni avtobusların xətlərə buraxılması ilə bu marşrut üzrə hərəkət intervalı 6-7 dəqiqə təşkil edəcək. Avtobuslarda ödəniş nağdsız qaydadadır.
İctimai nəqliyyat sistemində sərnişinlərə keyfiyyətli xidmətin göstərilməsi məqsədilə marşrutlarda istifadə olunan avtobusların yenilənməsi mərhələli qaydada davam etdirilir.
Follow @7timesaz